Yanaraq öldü FACİƏ

Qazaxda yaşayış evində baş verən yanğında bir nəfər ölüb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 24-də Qazax şəhərinin Səməd Vurğun küçəsində Bilal Əşrəfova məxsus evdə yanğın baş verib. Nəticədə 85 kv. m sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanıq xəsarəti alan B.Əşrəfov xəstəxanaya yerləşdirilib və oktyabrın 28-də orada ölüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə