Yataqxanada yanğın 15 nəfər sakin təxliyyə olundu

Yataqxanada yanğın 15 nəfər sakin təxliyyə olundu

Bakıda yataqxanada baş verən partlayışla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. SİA-nın Nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nizami rayonunda ikimərtəbəli yataqxana binasında baş verən partayış nəticəsində birinci mərtəbəsində ümumi sahəsi 35 kv.m olan iki otaqlı mənzildə yanğın baş verib. Yanğın zamanı binanın 1-ci və 2-ci mərtəbələrindən yanğınsöndürənlər tərəfindən 15 nəfər sakin təxliyyə olunub. Hadisədə bir 1979-cu il təvəllüdlü qadın zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın saat 12:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə