Elektrovozla vurulan şəxsin kimliyi məlum oldu

Elektrovozla vurulan şəxsin kimliyi məlum oldu

Sabunçu dəmiryol stansiyasının ərazisində elektrovozla vurulan şəxsin şəxsiyyəti müəyyən edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 16-da Sabunçu dəmiryol stansiyasının ərazisində elektrovozla vurulduğundan hadisə yerində ölmüş şəxsin Bakı şəhər sakini Xandadaş Malxasov olduğu müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə