Ağcabədi rayonunda bədbəxt hadisə baş verib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, rayonun Hindarx kəndində toy mərasimi yas mərasiminə çevrilib. Belə ki, kənd sakini, 32 yaşlı Niyaməddin Məmmədov öz toyunda dostları ilə oynayan zaman səhhəti pisləşib. Bəy dərhal xəstəxanaya aparılsa da, artıq gec olub. N. Məmmədov yolda keçinib.
İlkin ehtimallara görə, bəy üzərk tutmasından dünyasını dəyişib
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB