Xəzər dənizində 3 nəfər itkin düşüb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 22-də Bakı şəhər sakini Şamil Yolçuyev, Xaçmaz rayon sakinləri Yusif Mahmudov və Elman Qayıbxanov qayıqda Nardaran qəsəbəsindən Xəzər dənizinə çıxıblar və geri qayıtmayıblar.
Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən axtarış tədbirləri həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB