Azərbaycanda neft quyusu meydançasında partlayış baş verib

Azərbaycanda neft quyusu meydançasında partlayış baş verib

Azərbaycanda neft quyusu meydançasında baş verən partlayış nəticəsində 10-dan artıq insan suya düşüb. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hazırda xilasedicilər dənizə düşənlərin böyük əksəriyyətini xilas edib. Axtarişlara FHN-nin gəmisi cəlb olunub.

Qeyd edək ki, "Azneft" İstehsalat Birliyinin (İB) strukturuna daxil olan Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 441 saylı meydançasında partlayış olub. Yanğını ARDNŞ-ın şirkəti söndürüb. Ölən və yaralananlarla bağlı hələ ki məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə