2 qardaş bıçaqlandı

Qusar rayonunda bıçaqlaşma hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 22-də Qusar rayonunun Qayakənd kəndində kənd sakini Xair Dərvişov münaqişə zəminində həmkəndliləri Qərib Qəribova və onun qardaşı Fazilə bıçaqla xəsarət yetirib.

Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Dəvrişov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə