Bakıda 20 yaşlı tələbənin bacısı tərəfindən qətlə yetirildiyi müəyyən edilib. SİA-nın xəbərinə görə, 1994-cü il təvəllüdlü Günel Etibar qızı Nuriyevanın bacısı Pərvanə Nuriyeva tərəfindən qətlə yetirildiyi müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi açılıb.
Qeyd edək ki, ötən gün G.Niruyevanın yaşadığı Xudu Məmmədov küçəsi, ev 20, mənzil 39 ünvanında üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. G.Nuriyeva Bakıda fəaliyyət göstərən musiqi məktəbində oxuyurmuş.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB