Narkotik vasitəni satmaq istəyərkən saxlanıldı

Narkotik vasitəni satmaq istəyərkən saxlanıldı

Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə İran vətəndaşı Səfər Abdullahivəndin Azərbaycana göndərdiyi narkotik vasitəni buradakı ortağı vasitəsilə satdırmaq istədiyi barədə məlumat daxil olub. Dövlət Gömrük Komitəsindən bildiriblər ki, əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşı Coşqun Abbasov özü ilə gətirdiyi narkotik vasitəni şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satarkən saxlanılıb. C.Abbasovun üzərinə baxış keçirilərkən ümumi çəkisi 1 kiloqram 175 qram olan narkotik vasitə - həşiş qətranı aşkar olunub.

Faktla bağlı təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə