Yol qəzası ölümlə nəticələndi

Yol qəzası ölümlə nəticələndi

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, hadisə Suraxanı rayonunun Əmircan qəsəbəsində, Balandin küçəsində qeydə alınıb. Qəsəbə sakini, 1974-cü il təvəllüdlü Vüqar Ramazanov idarə etdiyi "Nissan" markalı avtomobillə Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Tərlan Paşazadəni vurub və o, hadisə yerində ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə