Lənkəranda 3 ədəd tank əleyhinə mina aşkar edilib

Lənkəranda 3 ədəd tank əleyhinə mina aşkar edilib

Lənkəranda mina həyəcanı yaşanıb. SİA-nın Cənub bürosunun verdiyi məlmata görə, FHN-nin Cənub Regional İdarəsinin əməkdaşları tərəfindən aşkarlanan 3 ədəd tanq əleyhinə mina partladılaraq zərərsizləşdirilib.

Minalar Lənkəran şəhərinin dəniz sahilində, 10-saylı yanalma körpüsünün yaxınlığında Dövlət Sərhəd Xidmətinin əməkdaşı Yusif Həsənov tərəfindən aşkarlanıb.Tapılan 3 ədəd tank əleyhinə mina barədə FHN-nin Cənub Regional İdarəsinə məlumat verilib. Əraziyə dərhal hüquq - mühafizə orqanları, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları və Sərhəd Qoşunlarının hərbi qulluqçuları cəlb olunublar. Əraziyə baxış keçirildikdən sonra lazımi təhlükəsizlik tədbirləri görülüb. FHN xüsusi riskli xilasedici qrupu ərazini hasarlayaraq, yaxınlıqdakı vətəndaşları hadisə yerindən uzaqlaşdırıb.

Hüquq - mühafizə orqanlarından verilən məlumata görə, tapılan minaların hər üçü işlək vəziyyətdə olub. Aşkarlanmış minalar xüsusu təhlükəsizlik qaydalarına riayət olunmaqla partladılaraq zərərsizləşdirilib.

Qeyd edək ki, ərazidə ilk dəfə deyil ki,minalar tapılır. Bundan əvvəldə bu ərazilərdə minalar aşkarlanıb. Səbəb isə ərazidə vaxtıilə rus ordusunun hərbi hissəsi və poliqonun yerləşməsidir.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə