Azərbaycanda Rusiyada barələrində müxtəlif cinayətlərin törədilməsinə görə axtarış elan edilmiş 5 nəfər azərbaycanlı tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olanlar - İlqar Əmirov və Famil Qurbanov, 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olanlar - Vüqar Məmmədov və Cəbrayıl Fərzəliyev tutulublar.
Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) ilə axtarışda olan Sənan Məmmədov tutulub.
Qeyd edək ki, dünən DİN tərəfindən yayılan məlumatlarda Rusiyada Federasiyasında axtarışda olan 6 nəfər azərbaycanlının tutulduğu, 2-sinin isə saxlanıldığı bildirilirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB