Bakıda pul xırdalamaqla oğurluq edən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, oktyabrın 11-də Mustafa Sübhü küçəsində yerləşən mağazada naməlum şəxs orada satıcı işləyən Bakı şəhər sakini Sevinc Qəriblidən xırdalamaq adı ilə fikri yayındırmaqla 100 manat oğurlayıb.
Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsi əmədaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1982-ci il təvəllüdlü Mehdi Soltanov yaxalanıb və ondan 0,417 qram heroin götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB