Pilləkəndan yıxıldı öldü

Evində pilləkəndən yıxılaraq xəsarət alan Bakı sakini xəstəxana ölüb. SİA-nın xəbərinə görə, Bakı şəhər prokurorluğundan verilən məlumatda bildirilir ki, Bakı şəhəri, N.Nərimanov rayonu, "Çermet" qəsəbəsi H. Mirzəyev küçəsi, 40 A ünvanında yaşayan 1959-cu il təvəllüdlü Qurbanov Maqsud Güləşən oğlu yaşadığı evin pilləkənlərindən yıxılaraq kəllə-beyin xəsarəti alıb. M.Qurbanov Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, xəstə 12 oktyabr saat 17:50 radələrində ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə