Bakı şəhəri, Xətai rayonunda iki avtomobil yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi xəbərə görə, sahibi məlum olmayan "OPEL" markalı minik avtobobilinin mühərriki və qabaq təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Digər bir yanğın hadisəsi nəticəsində "PEUGEOT" markalı minik avtomobilinin mühərrikində elektrik naqilləri yanıb. Yanğından avtomobilin qalan hissəsi mühafizə olunub. Yanğın saat 06:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Xəzər rayonunda isə vətəndaşa məxsus "BMW" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yol kənarındakı elektrik dirəkləri yanğından mühafizə olunub. Yanğın saat 23:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB