Daxili İşlər Nazirliyi Bakıda bankomatın partladılması ilə bağlı rəsmi məlumat yayıb. SİA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, oktyabrın 10-da saat 05 radələrində DİN-in "102 Zəng Mərkəzi"nə Sabunçu rayonu Bilgəh qəsəbəsinin ərazisində partlayış səsinin eşidilməsi barədə məlumat daxil olmuşdur.
Araşdırmalar zamanı Ü.Hacıbəyov küçəsində yerləşən mağazanın önündə "Beynəlxalq Bank"a məxsus bankomatın partladılması və içərisindəki pul olan qutunun aparılması müəyyən edilmişdir.
Mağazanın mühafizəçisi İkram Mirzəyev izahatında 3 maskalı şəxsin avtomat silahla onu hədələyərək əl-ayağını yapışqanlı lentlə bağlayıb "VAZ-2107" markalı avtomobilin yük yerində aparmalarını və bir neçə dəqiqədən sonra yenidən mağazanın qarşısında düşürmələrini bildirmişdir.
Faktla bağlı Cinayət Məcəlləsinin 181.2.1-ci və 181.2.5-ci (quldurluq) maddələri ilə cinayət işi başlanmışdır.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB