Minik avtomobili ilə avtobus toqquşdu ölən var

Minik avtomobili ilə avtobus toqquşdu ölən var

Qaradağ rayonu Bakı-Qazax magistral avtomobil yolunun 25-ci kilometrliyində vətəndaşlara məxsus "VAZ" markalı minik avtomobili və "Hyundai" markalı mikroavtobus toqquşub, nəticədə hər iki avtomobil deformasiyaya uğrayıb. SİA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı avtomobilin sərnişini Teymur Abdullayev aldığı müxtəlif bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə T.Abdullayevin cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 08:34-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə