Azərbaycanlı tələbələr Türkiyədə qəzaya düşdülər

Azərbaycanlı tələbələr Türkiyədə qəzaya düşdülər

Türkiyənin Uşak şəhərində Azərbaycanlı tələbələrin olduğu avtomobil qəzaya düşüb. SİA-nın "Milliyet" qəzetinə istinadən verdiyi xəbərə görə, Əli Kərimli tərəfindən yüksək sürətlə idarə edilən avtomobil yol kənarındakı dirəyə dəyərək qarşı yolla hərəkər edən digər maşınla toqquşub.

Qəza nəticəsində avtomobildə olan Ülvi Sadıqov, Elvin Bəhmənli və Anar Musayev ölüb, Əli Kərimli və Mais Həsənov yaralanıb.

Digər avtomobildə olan eyni ailədən Adnan Kan, həyat yoldaşı Əminə Kan, uşaqları Esra Kan (6) və Həsən (4) Hüseyn Kan yaralanıb. Yaralı uşaqların vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, qəzaya düşən azərbaycanlıların Uşak Dövlət universitetinin tələbləri olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə