Füzuli rayonunun Qayıdış-11 qəsəbəsində yaşayan qadına məxsus evdə qaz balonu partlayıb və yanğın baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hadisə sentyabrın 16-da saat 01 radələrində Füzuli rayonunun Qayıdış-11 qəsəbəsində yaşayan Şükufə Babayevaya məxsus 1 otaqlı evdə baş verib. Məişətdə istifadə edilən qaz balonunun partlaması nəticəsində evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra Ş.Babayevanın yanmış meyiti tapılıb.
Qeyd edək ki, Qayıdış-11 əsasən məcburi köçkünlərin məskunlaşdığı qəsəbədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB