Bakıda avtomobil akkumulyatorlarını oğurlayan keçmiş məhkum tutulub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Rasim Babayev tutulub. R. Babayevin üzərinə baxış keçirilərkən ondan 5,243 qram heroin aşkar olunaraq götürülüb.
O, həmçinin avqustun 31-də paytaxtın Mətbuat prospektində Qəzənfər İmamverdiyevə məxsus "VAZ-21011" və Emin Zeynalova məxsus "VAZ-2103" markalı avtomobillərdən akkumulyator oğurlamaqda şübhəli bilinir.
Qeyd edək ki, R. Babayev əvvəllər də məhkumluq həyatı yaşayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB