Daha bir yeniyetmə cinayəti

Azərbaycanda oğurluqla məşğul olan daha bir yeniyetmə tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 19-da Günay Şərifovaya məxsus mağazadan 1980 manat oğurlayan Gəncə şəhər sakinləri Aleksandr Karolenko və 14 yaşlı (P.N.) saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə