İrandan gələn həmyerlimizdən narkotik tapıldı

İrandan gələn həmyerlimizdən narkotik tapıldı

Gömrükçülər İrandan gələn Azərbaycan vətəndaşının üzərində narkotik vasitələr aşkar ediblər. Dövlət Gömrük Komitəsindən (DGK) SİA-ya verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Rəşad Şirinovun üzərində şəxsi yoxlama zamanı ondan narkotik vasitələr - xalis çəkisi 975,0 qram olan həşiş qətranı və xalis çəkisi 999,5 qram olan tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə