Astara rayonunun Səncərədi kəndində ümumi sahəsi 1200 kvadratmetr olan həyətdə 400 kvadratmetr sahədə kol-kos, ağaclar, həmçinin bələdiyyə ərazisində 2100 kvadratmetr sahədə kol-kos yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, alov nazirliyin yanğınsöndürənlərinin səyi nəticəsində söndürülüb, həyətyanı sahənin qalan hissəsi yanğından mühafizə olunub.
Cəlilabad rayonunun Göytəpə şəhərində isə ümumi sahəsi 495 kvadratmetr olan fermanın çardağı 140 kvadratmetr sahədə yanıb.
Burada da yanğın söndürülüb, alovun fermanın qalan hissəsinə və yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB