Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, hadisə Yasamal rayonu Haqverdiyev küçəsində qeydə alınıb.

Bakı şəhər sakini Tamerlan Səlimi idarə etdiyi "Mercedes" markalı avtomobillə 1993-cü il təvəllüdlü Zaur Fərəcovu vurub. Xəsarətlə xəstəxanaya daxil olan piyada orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə