3 nəfəri bıçaqlayan şəxs tutuldu

3 nəfəri bıçaqlayan şəxs tutuldu

Bakıda 3 nəfəri bıçaqlayan şəxs həbs edilib. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, hadisə sentyabrın 5-də Binəqədi qəsəbəsi yeni yaşayış massivində qeydə alınıb. Naməlum şəxs bıçaqla İmişli rayon sakinləri - Tural Rüstəmova, Tacəddin Abbasova və Anar Rüstəmova xəsarət yetirib.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Valeh Həsənov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə