Cinayət törədən 30 nəfər tutulub

Cinayət törədən 30 nəfər tutulub

Sentyabrın 5-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 72 cinayət faktından 26-nın üstü "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 19 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınan 2 yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 30 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə