Bir gündə 75 cinayət faktı qeydə alınıb

Bir gündə 75 cinayət faktı qeydə alınıb

Sentyabrın 4-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 75 cinayət faktından 31-nin üstü "isti izlər"lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınan 4 yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 43 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə