Oğurluq edən yeniyetmələr tutuldu

Oğurluq edən yeniyetmələr tutuldu

Bakıda oğurluqla məşğul olan yeniyetmələr yaxalanıb. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Zaur Mirzəyevin, Vaqif Verdiyevin, Elçin İsmayılovun avtomobillərindən pul, qızıl əşyalar, yanacaq, sənədlər və mobil telefon, Rauf Əliyevin, Təranə Həsənovanın mağazalarından pul, tütün məmulatı və ərzaq məhsulları, Azər Həsənovun evindən qızıl əşyalar, habelə Samir Məmmədovun velosipedini oğurlamış Bakı şəhər sakini, 13 yaşlı oğlan (R.G) saxlanılıb.

Bundan əlavə, Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Şahmar Qəhrəmanovun, Rüstəm Hüseynovun, Məlahət Rzayevanın və İlahə Əliyevanın avtomobillərindən pul, noutbuk, sənəd və kosmetik əşyalar oğurlamış Bakı şəhər sakini - 12 yaşlı oğlan (N.T) saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə