"VAZ"la "ZİL" toqquşdu ölən və yaralılar var

"VAZ"la "ZİL" toqquşdu ölən və yaralılar var

Sentyabrın 1-də saat 06 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsində Astara şəhər sakini Çingiz Məmmədovun idarə etdiyi "VAZ-21099" və Sabirabad rayon sakini Nəriman Hüseynovun idarə etdiyi "Zil MMZ" markalı avtomobillər toqquşub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ç.Məmmədovun sərnişinlərindən - Zaqatala şəhər sakini Sürəyya Qurbanova hadisə yerində ölüb, özü və digər sərnişini - Çiçək Qurbanova xəstəxanaya yerləşdiriliblər.

Faktla əlaqədar BDYPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə