Qonşular bıçaq davasına çıxdı

Qonşular bıçaq davasına çıxdı

Bakıda qonşu qonşusunu qətlə yetirib. Hadisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində baş verib. SİA-nın xəbərinə görə, Rayon Polis İdarəsindən bildirilib ki, Bakı şəhər sakini, 30 yaşlı Samir Zeynalov qonşusu 45 yaşlı Nizami Nuriyevi bıçaqlayıb.

Hadisə ilə bağlı Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları araşdırma tədbirlərinə başlayıblar. Cinayəti törədən Samir Zeynalov saxlanılıb.

Məlum olub ki, hadisə onlar arasında yaranan münaqişə zəminində olub. Hazırda faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə