33 nəfər tutuldu

Ötən gün Azərbaycanda avtomobil yollarında baş vermiş qəzalar nəticəsində 7 nəfər ölüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, avqustun 29-da respublikanın avtomobil yollarında 14 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 28 nəfər yaralanıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 33 nəfər tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə