2 nəfər suda boğuldu

Azərbaycanda iki nəfər suda boğulub. Onlardan biri Gürcüstan vətəndaşıdır. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, avqustun 29-da Gürcüstan vətəndaşı Nüşabə Əliyeva Sabunçu rayonu Pirşağı qəsəbəsinin ərazisindəki çimərlikdə, Cəlilabad rayon sakini Səccad Hüseynov Lənkəran şəhəri Sütəmurdov kəndinin ərazisində suda boğulublar. Onların meyitləri sudan çıxarılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə