Siyəzən rayonunda yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, 46 yaşlı Siyəzən rayon sakini Babayev Əlövsət Əliskəndər oğlunun idarə etdiyi "Vaz 2107" markalı avtomobil Taxtakörpü su anbarının Ataçay adlanan hissəsində kanala düşüb. Sürücünün oğlu 17 yaşlı Siyəzən şəhər sakini, Əliskəndər Babayev və 28 yaşlı Bakı şəhər sakini Əmirov Rəşad Pirəli oğlu kanala düşdükləri yerdən 3 km aralıda sudan çıxa bilib. Maşının sürücüsü və sərnişin 28 yaşlı Bakı şəhər sakini Şirinov Əlikişi Zikrət oğlunun axtarışları isə davam edir.
Qeyd edək ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub. Axtarış tədbirləri davam etdirilir.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB