DİN ağır yol qəzası ilə bağlı məlumat yaydı

DİN ağır yol qəzası ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Xaçmazda baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. SİA-nın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avqustun 28-də saat 01:00 radələrində Xaçmaz rayonu ərazisində Quba şəhər sakini Ramiz Almazov idarə etdiyi "KİA" markalı avtomobili at arabasına vurub. Daha sonra onun idarə etdiyi minik maşının eyni istiqamətdə hərəkətdə olan Köhnə Xaçmaz kənd sakini Məhərrəm Cəbiyevin idarə etdiyi "KamAZ"a çırpılıb.

Qəza nəticəsində R.Almazovun sərnişini - Bakı şəhər sakini Günay Ələsgərova hadisə yerində ölüb. Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə