Münaqişə zəminində Qax rayon sakinini daşla vuraraq qətlə yetirmiş şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, avqustun 28-də Qax rayonunun Qaşqaçay kəndində kənd sakini Aydın Babayev münaqişə zəminində həmkəndlisi Azad Əmrahovu daşla vurub. A.Əmrahov hadisə yerində ölüb.
Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Babayev tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB