Azyaşlını maşın vurdu

Şəmkir rayonu ərazisində "Toyota" markalı avtomobillə azyaşlı qız vurulub. Daxili İşlər Nazirliyindən (DİN) SİA-ya verilən məlumata görə, avqustun 28-də saat 19 radələrində Şəmkir rayonunun Keçili kəndində kənd sakini Tural Dilənçizadə idarə etdiyi "Toyota" markalı avtomobillə həmkəndlisi, azyaşlı Lilpar Abbasovanı vurub. Uşaq hadisə yerində ölüb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsu tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə