Göldə batan kişinin meyiti tapıldı

Göldə batan kişinin meyiti tapıldı

Qubada süni göldə batan kişinin meyiti çıxarılıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, 28 avqust 2014-cü il tarixində Quba rayonu, Susay kəndi ərazisində süni göldə batmış 1975-ci il təvəllüdlü Əkrəm Eldar oğlu Əhmədzadənin axtarışları başa çatıb.

Ə. Əhmədzadənin cəsədi FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq, sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə