17 yaşlı gəncin dəhşətli ölümü

17 yaşlı gəncin dəhşətli ölümü

Ötən gün Bakının Qaradağ rayonu Müşfiqabad qəsəbəsində 17 yaşlı gənc faciəvi şəkildə ölüb. SİA-nın xəbərinə görə, Qaradağ rayon Polis İdarəsindən verilən məlumatda bildirilir ki, Müşfiq qəsəbəsində yaşayan 17 yaşlı İlkin İsgəndərovu elektrik cərəyanı vurub. Hadisə nəticəsində ağır yaralanan gənc komaya girib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə saat 20:15 radələrində qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə