Qarajda avtomobillər yandı

Bakıda qarajda bir neçə avtomobilin yanmasının qarşısı alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan qarajın yanar konstruksiyaları 35 kv.m sahədə yanıb. Nəticədə yüksək temperaturdan qarajda dayanmış "Mercedes" markalı minik avtomobilinin və bitişik digər vətəndaşa məxsus qarajda olan "Mercedes" avtomobilinin qabaq hissəsi deformasiyaya uğrayıb.

Bitişik qarajlar və minik avtomobilləri yanğından mühafizə olunub. Yanğın saat 02:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə