4 nəfər liftdə qaldı

Bakı şəhəri, Nəsimi rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 4 nəfər köməksiz vəziyyətdə qalıb. SİA FHN-in saytına istinadən xəbər verir ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 3-cü mərtəbəyə qaldırıb, qapılarını açıb, vətəndaşların liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 04:33-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə