Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, avqustun 23-də saat 03 radələrində Binəqədi rayonu Natəvan küçəsində Bakı şəhər sakini Hüseyn Bəylərov idarə etdiyi "VAZ-2107" markalı avtomobili yolun kənarındakı divara vurub. Sürücü hadisə yerində ölüb, 4 sərnişini xəstəxanaya yerləşdirilib.
Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB