1 nəfəri “tok” vurdu

Bakıda daha bir nəfəri elektrik cərəyanı vuraraq öldürüb. SİA-nın xəbərinə görə, Sabunçu rayon Polis İdarəsindən verilən məlumatda bildirilir ki, hadisə ötən gün 16:00 radələrində rayonun Kürdəxanı qəsəbəsi Ləhiş bağları ərazisində baş verib. Belə ki, 34 yaşlı Tahir İsmayılov naməlum şəraitdə "tok" vurmasından dünyasını dəyişib. Həkimlərin səyinə baxmayaraq həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə