Göyçayda yaşayış evində yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, avqustun 19-da saat 02:00 radələrində Göyçay rayonunun Ulaşlı-Şıxlı kənd sakini Faiq Qocayevə məxsus 3 otaqlı evdə yanğın baş verib.
Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.
Bundan başqa, ev sahibinin atası Firudin və anası Simuzər yanıq xəsarətləri alıblar. Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB