Masallıda qanlı hadisə

Ötən gün Masallı rayonunda qohumlarını bıçaqlayan şəxsi polis yaxalayıb. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Xırmandalı kəndində baş verib.

Belə ki, kənd sakini Ramal Muradov münaqişə zəminində qohumu Zəbulla Muradova və onun qardaşı Saminə bıçaqla xəsarətlər yetirib. Xəstəxanaya yerləşdirilmiş Z. Muradov orada ölüb. Saminin vəziyyəti orta-ağırdır.

R.Muradov könüllü olaraq Masallı rayon polis şöbəsinə gələrək təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə