Barmağında halqa qaldı

Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin barmağında dəmir həlqə qalıb. SİA-nın FHN-in saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasedicisi hadisə yerinə cəlb edilib. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarının nəzarəti altında təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət vasitəsi ilə dəmir həlqəni zərərçəkmişin barmağından kəsib çıxarmış və onu aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 06:35-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə