64 yaşlı qadın intihar etdi

Bakıda 64 yaşlı qadın yaşadığı mənzildə intihar edib. SİA-nın xəbərinə görə, Nərimanov rayon prokurorluğundan bildiriblər ki, avqustun 15-i axşam 20:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1950-ci il təvəllüdlü Zoya Məhərrəmova yaşadığı mənzildə çilçıraqdan özünü asıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə