Elektrik naqilindən asılı vəziyyətdə qaldı DƏHŞƏT

Elektrik naqilindən asılı vəziyyətdə qaldı DƏHŞƏT

Ötən gün Bakı şəhərinin Qaradağ rayonunda dəhşətli hadisə baş verib. SİA-nın xəbərinə görə, Rayon polis İdarəsindən verilən məlumata görə, Qobustan qəsəbəsi yaxınlığında, Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin dəniz üzərindəki estakadalarından keçən yüksək gərginlikli elektrik naqilini kəsmək istəyən şəxs ölüb. Belə ki, naməlum şəxs estakadaya qalxaraq oğurluq məqsədi ilə yüksək gərginlikli elektrik naqillərini kəsmək istəyib. Bu zaman onu cərəyan vurub. Yüksək gərginlik nəticəsində bədəni tamamilə yanmış şəxs estakadadan asılı vəziyyətdə qalıb.

Faktla bağlı məlumat daxil olan kimi araşdırmalara başlanılıb. Məlum olub ki, ölən şəxs 1988-ci il təvəllüdlü Qarayev Daşqın Elşad oğludur. Onun meyiti ekspertizaya göndərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə