Binəqədidə döyüş sursatı aşkarlanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Binəqədi rayonunda döyüş sursatı aşkarlanıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aidiyyəti qurumlar məlumatlandırılıb.
Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, 1 ədəd top mərmisinin gövdəsidir. Mərminin gövdəsi götürülərək ərazidən uzaqlaşdırılıb.
Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə təkrar baxış keçirib və digər şübhəli əşya aşkar etməyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB