Abşeronda yaşayış binasında yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonunda yeddimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 7-ci mərtəbəsinə qədər şaxta boyunca elektrik kabelləri 21 p.m yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 21 nəfər bina sakini təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub və yanğın saat 02:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB