Bakıda yaşayış evi yanır

Bakıda yaşayış binası yanır. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən SİA-ya verilən məlumata görə, hadisə paytaxtın Binəqədi rayonu, 5-ci mikrorayon, Cavadxan küçəsi 23 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən yaşayış binasında baş verən yanğının söndürülməsinə 3 yanğınsöndürən maşın cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə